Azərbaycanlı stolüstü tennisçi beynəlxalq toplanışda iştirak edəcək

Azərbaycan stolüstü tennisçisi Xədicə Babazadə Avropa Stolüstü Tennis Birliyinin təşkil etdiyi “ETTU Eurotalents Selection camp” toplanışında iştirak edəcək.

Bu barədə Komanda.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

İdmançı milli komandanın məşqçisi Səbinə Əzizlinin müşayiəti ilə Xorvatiyaya yola düşüb. Vrsar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında qitənin ən istedadlı stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi altında fiziki, texniki və taktiki hazırlıq keçəcəklər.

Beynəlxalq təlim-məşq toplanışına dekabrın 23-də yekun vurulacaq.

“ETTU Eurotalents Development Camp” layihəyəsi xüsusi istedadı və davamlı nəticələri ilə seçilən yeniyetmə stolüstü tennisçilərin hazırlığını təkmilləşdirmək məqsədi daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button