Azərbaycan yığması Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Komanda.az xəbər verir ki, millimiz uğurlu çıxış edərək titulu qoruyub.

Belə ki, 2 qızıl, 3 bürünc medal qazanan yığmamız 133 xalla yenidən Avropa çempion olub. Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.

Millinin heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button