Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqası matçına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən qadınlar arasında Çempionlar Liqası matçına təyinat alıb.

Komanda.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, İsmayılova bu gün 1/4 finalda baş tutacaq “Numiya” (İtaliya) və “Əczaçıbaşı” (Türkiyə) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.

İtaliyanın Milan şəhərində təşkil olunacaq matçı rumıniyalı Tudor Pop və serbiyalı Stanislava Şimiç idarə edəcəklər. Qarşılaşmanın “challenge” hakimi isə yunanıstanlı Mixail Temelis olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button