Azərbaycan Premyer Liqasının 3 klubu cərimələnib

Azərbaycan Premyer Liqasında çıxış edən “Karvan-Yevlax”, “Kəpəz” və “Turan Tovuz” klubları cərimələnib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

“Karvan-Yevlax” 1000 manat ödəyəcək. Yevlax təmsilçisi 18-ci turda, “Sumqayıt”la oyunda əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduğu üçün ziyana düşüb.

“Kəpəz” də “Şamaxı” ilə qarşılaşmaya görə eyni səbəbdən 1000 manat cərimələnib. Gəncə klubu əlavə 5000 manat da ödəməli olacaq. Sözügedən qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olub və bu hal cari mövsümdə ikinci dəfə təkrarlanıb.

“Turan Tovuz” isə “Qarabağ”la matçda altı nəfər sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button