Azərbaycan millisindən dünya çempionatının seçmə mərhələsinə uğurlu start

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda “Dalğa Arena”da Şimali Makedoniyanı qəbul edən Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 2:0 hesabı ilə qalib gəlib.

Qolları 28 və 77-ci dəqiqələrdə kapitan Sevinc Cəfərzadə vurub.

Azərbaycan yığması növbəti matçını martın 7-də Macarıstan millisinə qarşı keçirəcək. Bu oyun Felksutdakı “Panço Arena”da, saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button