Azərbaycan millisindən DÇ-də ardıcıl iki məğlubiyyət

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti görüşlərini keçirib.

Komanda.az xəbər verir ki, yığmamız 3-cü turda ABŞ, 4-cü turda FIDE komandası ilə üz-üzə gəlib.

Yığma həm ABŞ-yə (0,5:3,5), həm də FIDE-yə (1:3) məğlub olub.

Azərbaycan millisi ötən gün A qrupunda Perunu məğlub edib (3:1), Qazaxıstana isə uduzub – 1,5:2.5.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button