Azərbaycan millisi DÇ-nin finalında!

Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatının yarımfinalında Azərbaycan və Uruqvay milli komandaları qarşılaşıb.

Komanda.az xəbər verir ki, yığma Binə Atçılıq Mərkəzində baş tutan görüşdə rəqibi üzərində 3:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

Yarımfinal mərhələsinin digər görüşündə Çili komandası Niger millisini 1:0 hesabı ilə məğlub edib.

Beləliklə, turnirin həlledici görüşündə Azərbaycan və Çili yığmaları üz-üzə gələcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button