
Azərbaycan millisi Bəhreyni məğlub etdi
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama matçında qüvvəsini sınayıb.
Komanda.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Bəhreynlə qarşılaşıb.
Oyun Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
U-21 növbəti yoxlama matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu oyun iyunun 9-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



