
Azərbaycan millisi bu gün Andorra ilə qarşılaşacaq
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün dünya çempionatı-2027-nin seçmə mərhələsində 3-cü oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan milli Andorra yığması ilə qarşılaşacaq. Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunacaq görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matç saat 21:00-da başlayacaq.
Bu qrupun digər görüşündə Macarıstan Şimali Makedoniya ilə üz-üzə gələcək.
14 aprel
21:00. Andorra – Azərbaycan
Milli stadion
18:00. Şimali Makedoniya – Macarıstan
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



