
Azərbaycan millisi Almaniya ilə eyni qrupa düşdü
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının 2026/2027 mövsümü üzrə 1-ci seçmə mərhələsində Almaniya yığması ilə eyni qrupa düşüb.
Komanda.az xəbər verir ki, 2-ci qrupda yer alan komandanın digər rəqibləri Şimali İrlandiya və Litva milliləri olacaq.
U-17 2026-cı il noyabrın 11-də Almaniya, üç gün sonra Şimali İrlandiya, noyabrın 17-də Litva ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



