Sonuncu yarımfinalçı “Neftçi” oldu

Dünən futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Əvvəlcə “Qarabağ” “Səbail”lə qarşılaşıb. Bu cütün ilk matçında “köhlən atlar” 1:0 hesablı qələbə qazanmışdı. Cavab oyunu da “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. Beləliklə, Ağdam təmsilçisi yarımfinala yüksəlib. Qurban Qurbanovun komandasının yarımfinaldakı rəqibi “Zirə” – “Araz-Naxçıvan” cütünün qalibi olacaq.

Günün son matçında “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edib. Bu komandaların ilk dueli qolsuz yekunlaşmışdı. Sumqayıtdakı oyunda “Sabah” rəqibinə böyük hesabla qalib gəlib. Beləliklə, “Qarabağ” kimi “Sabah” da yarımfinala yüksəlib.

Bu gün 1/4 final mərhələsinin daha iki cavab oyunu keçirilib. “Zirə” “Araz Naxçıvan”la üz-üzə gəlib. İlk oyunda Naxçıvan təmsçilçisi “Zirə”yə minimal hesabla qalib gəlmişdi. Cavab görüşündə də uduzan “Zirə” mübarizəni dayandırıb.

Günün son oyununda “Neftçi” “Kəpəz”lə görüşüb. “Neftçilər” ilk matça “Kəpəz”i 2:0 hesabı ilə məğlub etmişdi. Cavab görüşündən də qalib ayrılmış bakılılar növbəti mərhələyə yüksəliblər.

Azərbaycan kuboku, 1/4 final mərhələsi
Cavab oyunları

27 fevral

Qarabağ – Səbail 3:1
Qol:
Musa Qurbanlı, 13. Emin Rüstəmov, 43-avtoqol. Nəriman Axundzadə, 55 – Rüfət Abdullazadə, 15.
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 16:00
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov

Qarabağ: 99. Mateus Koxalski, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 9. Kadi Borqes, 19. Redon Cica, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. David Qomis, 5. Gitay Sofir
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 84. Teymur Məmmədov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 7. Madi Queta, 14. Suleyman Alluş
Məşqçi: Elvin Məmmədov

Sumqayıt – Sabah 0:4
Qol: Anatoli Nuriyev, 55. Xəyal Əliyev, 71. Mikels, 82. Amin Seydiyev, 90+3.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 19:30
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili, 11. Momo Yansane, 60. Tresor Mossi, 9. Bobir Abdixolikov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 19. Roi Kehat, 23. Ronaldo Vaskez, 77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 11. Kahim Parris, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski

28 fevral

Zirə – Araz-Naxçıvan 0:2
Qol: Felipe Santos, 3-pen; 45-pen.
Zirə İK stadionu. Saat 16:00
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev

Zirə: 13. Aydın Bayramov 7. Məqsəd İsayev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 23. Rafael Utziq 3. Ange Mutsinzi 15. Pyer Zebli 18. Junior Martins 6. Eldar Quliyev 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 97. Tiaqo Silva 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 14. Elçin Əlicanov 11. Rüstəm Əhmədzadə 5. Stefan Aka 90. Davit Volkov 10. Giorgi Papunaşvili 70. İssa Cibrila 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov
Araz-Naxçıvan: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 2. Slavik Alxasov 24. Mustafa Əhmədzadə 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə 6. Vadim Abdullayev 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 8. Karlos Jatoba 9. Əyyub Allaş
Baş məşqçi: Elmar Baxşıyev

Neftçi – Kəpəz 1:0
Qol: Bassala Sambu, 29.
Neftçi Arena. Saat 19:30
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov

Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 22. Dembo Darboe, 20. Alfa Konte.
Baş məşqçi: Samir Abasov.
Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 78. Yeqor Xvalko.
Baş məşqçi: Azər Bağırov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button