Azərbaycan gimnastları dünya kubokunu 6 medalla bitirdilər

Azərbaycan gimnastları Bakıda keçirilən dünya kubokunu 6 medalla başa vurublar.

Komanda.az xəbər verir ki, son olaraq Selcan Mahsudova – Maqsud Mahsudov cütü qarışıq sinxron proqramda qızıl mükafat qazanıblar.

Onlar yarışda birinci yeri tutublar. Daha əvvəl tamblinqçilərdən Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medala yiyələnib.

Batutçulardan Maqsud Mahsudov – Hüseyn Abbasov cütü və Selcan Mahsudova – Şəfiqə Hümbətova cütü sinxron proqramda bürünc, Selcan Mahsudova fərdi yarışda gümüş mükafata sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button