Azərbaycan Dünya Millətlər Kubokunda 13 boksçu ilə təmsil olunacaq

İyunun 10-da Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçiriləcək Dünya Millətlər Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri açıqlanıb.

Bu barədə Komanda.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

U-17 komandasının baş məşqçisi Vaqif Kazımov, məşqçilər Teymur Məmmədov və Orxan Cəbiyev Vrbasda Aydın Şahbazov, Həsrət Məmmədov (hər ikisi 46 kq), Nihat Məmmədli (48 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Elcan Musazadə (54 kq), Əli Camalzadə (57 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) şans verəcəklər.

Bu gün səfərə yollanan milli iyunun 15-də Bakıya qayıdacaq. Komandaya Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov rəhbərlik edəcək.

Yarışda final döyüşləri iyunun 14-də olacaq. Azərbaycanı turnirdə Fərhad Rəhmanov hakim kimi təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button