
Diniyev “Kəpəz”in baş məşqçisinin köməkçisi olacaq
“Kəpəz” yeni mövsüm öncəsi məşqçilər heyətini formalaşdırıb.
Gəncə təmsilçisi iki gün əvvəl baş məşqçi postuna Azər Məmmədovu təyin etdiyini açıqlamışdı. Komanda.az-a daxil olan məlumata görə, onun köməkçiləri də müəyyənləşib.
Belə ki, Azər Məmmədovun rəhbərlik edəcəyi məşqçilər heyətində İlkin Verdiyev, Etibar İbrahimov, Kərim Diniyev (sabiq futbolçu, Azərbaycan millisinin keçmiş baş məşqçisi Şahin Diniyevin oğlu) və Fərid Məmmədov yer alacaq. Qapıçılarla iş üzrə məşqçi funksiyasını isə Vüqar Məmmədov yerinə yetirəcək.
Azər Məmmədov daha əvvəl də “Kəpəz”ə rəhbərlik edib. O, 2023-cü ildə “sarı-göylər”in baş məşqçisi postunda çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



