Mbappeni fitə basdılar

Fransa kubokunun yarımfinalında “Renn”lə matçda (1:0) PSJ-nin hücumçusu Kilian Mbappe fitə basılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ-nin bəzi azarkeşləri fransalı hücumçunu fitə basıblar.

PSJ – “Renn” oyunu aprelin 3-də baş tutub. Komandalar Fransanın paytaxtı Parisdəki “Park de Prens” stadionunda qarşılaşıblar. Meydan sahibləri 1:0 hesabı ilə qalib gələrək, turnirin finalına yüksəlib. Qarşılaşmada yeganə qolu Mbappe vurub.

Daha əvvəl Mbappenin artıq “Real”la 2029-cu ilə qədər olan müqavilə imzaladığı məlum olmuşdu. Hücumçunun komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubdan ayrılacağını dediyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button