“Azarkeşlər Azərbaycanı məğlub etməyimizi gözləyirlər” – Ranqnik

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Qarşıda favoriti olduğumuz iki oyun var. Andorra ilə matç istisnadır. Azərbaycan millisi son beş oyunda qələbə qazanıb. Ancaq azarkeşlər onları məğlub etməyimizi gözləyirlər. Bu mənada növbəti addımı atmalıyıq. Əminəm ki, bunu edə bilərik. Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağımızı bilirik.

Kapitan David Alaba Azərbaycanla matçda iştirak etməyəcək. Bu görüşdə kapitanlıq sarğısını yarımmüdafiəçi Marsel Zabitser taxacaq. Qapı xəttində isə Haynts Lindner dayanacaq”.

Xatırladaq ki, sabah Linzdəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button