Azarkeşlərimiz onu izləmək istərdi – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer, Çempionlar Liqasında PSJ ilə qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan norveçli mütəxəssis, Paris təmsilçisinin zədəli hücumçusu Neymar haqqında da danışıb:

“Neymar çox yaxşı futbolçudur və azarkeşlərimiz onu izləmək istərdi. Hər futbolçu Neymara qarşı oynamaq istəyər. Ancaq PSJ-də Di Maria və Kilian Mbappe kimi güclü futbolçular da var.

Mbappe özünü çox yaxşı inkişaf elətdirib. Markus Reşford və Mbappe qarşıdakı 10 ildə futbola təsirlərini göstərəcəklər”.

“Mançester Yunayted” – PSJ matçı fevralın 12-də, saat 00:00-da start götürəcək. Paris təmsilçisinin hücumçusu Neymar zədə səbəbindən bu qarşılaşmada iştirak etməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button