“Azərlotereya” ASC “MMF 2022″nin baş sponsoru olub

Azərbaycanın rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru olan “Azərlotereya” ASC növbəti ölkə əhəmiyyətli tədbirdə uğurla təmsil edilib. Şirkət bu dəfə Azərbaycanda marketinq sahəsinin inkişafına dəstək məqsədilə təşkil edilən “Milli Marketinq Forumu”na baş sponsor kimi qatılaraq layihəyə dəstək göstərib.

Forumda çıxış edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zəfər Rəisoğlu şirkətin beynəlxalq təcrübəyə əsaslanan fəaliyyət sferasından bəhs edib. Bildirib ki, “Azərlotereya” ASC hər zaman insan kapitalının inkişafına yönələn layihələrin həyata keçirilməsində yaxından iştirak edir və bu baxımdan Milli Marketinq Forumu önəmli tədbirlər sırasındadır.

Forumda fikir mübadiləsi zamanı vurğulanıb ki, hər zaman müasir trendlərlə ayaqlaşan “Azərlotereya” ASC şans oyunları həvəskarlarına əyləncəli və xoş zaman qazandırmaqla yanaşı, Azərbaycan iqtisadiyyatına böyük töhfə verir.

Qeyd edək ki, marketoloqlarla müzakirə fürsətinin yaradılması, yerli və xarici bazarda olan yeni tendensiyaların gündəmə gətirilməsini təşkil edən forum 2 gün davam edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button