“Azərlotereya” ASC ağacəkmə aksiyasına qoşulub – VİDEO

Payız ağac əkini mövsümü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata
keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyasına “Azərlotereya” ASC-nin nümayəndələri “Gələcəyə
yaşıl miras” devizi ilə qoşulub.

Bakının Müşfiqabad qəsəbəsində baş tutan aksiyada ETSN-in və “Azərlotereya” ASC-nin rəsmiləri iştirak edib, 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3000 ədəd zeytun, Eldar şamı, oleandr, Şərq çinarı ağacları əkilib.

Ölkə üzrə keçirilən bu cür aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə,
eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək, gələcək nəsilə yaşıl miras qoymaqla ətraf
mühitin mühafizəsini xüsusilə gənc nəslin diqqətinə çatdırmaqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button