Azərbaycanlı hakim Avropa çempionatında iştirak edəcək

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Komanda.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, o, voleybol üzrə 18 yaşadək oğlanlar arasında keçirilən Avropa çempionatının oyunlarını idarə edəcək.

Kəmalə Əsgərova turnirin ikinci təsnifat mərhələsinin C qrupunun görüşlərində ədaləti qoruyacaq.

Martın 26–dan 28-dək Serbiyada təşkil olunacaq yarışda ev sahibi ilə yanaşı, Avstriya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button