Azərbaycanlı futbolçunun komandasını 1/4 finala buraxmadılar

Futbol üzrə Latviya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də bu mərhələdə mübarizə aparıb.

Futbolçumuzun komandası “Auda” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç “Dauqavpils”in məğlubiyyəti ilə başa çatıb – 1:2.

Bu məğlubiyyətə görə “Dauqavpils” kubokda mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Asim sözügedən matçda sonadək ehtiyatda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button