Azərbaycanlı futbolçu Latviyada 4 cavabsız qola üzüldü

Futbol üzrə Latviya çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə RFS ilə qarşılaşıb. Asimin komandası bu oyunda ağır məğlubiyyətə üzülüb – 0:4.

Asim də bu görüşün iştirakçısı olub. Start heyətdə yer alan azərbaycanlı futbolçu 59-cu dəqiqədə əvəzlənib.

İki turdan sonra 3 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button