“Azərbaycanla oyunda yaxşı nəticə qazanmaq istəyirik”

Futbol üzrə Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan millisinə qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün Avropa zonasının seçmə mərhələsində oynamaq əla təcrübədir. Top-komandalarla qarşılaşdıq. Oyunlarımız asan olmadı. Əsas məqsəd mundiala yaxşı vəziyyətdə getməkdir. Sabahkı matçdan da yararlanmaq istəyirik. Hər oyuna rəsmi qarşılaşma kimi baxırıq. Azərbaycanla qarşılaşmada yaxşı oyun göstərmək və nəticə qazanmaq istəyirik. Martda Macarıstandakı görüşə də qələbə üçün çıxmışdıq, sabah da fərqli olmayacaq”.

Sançes heyətdə bəzi dəyişikliklərin olacağını söyləyib: “Bu gün son məşqimizə çıxacağıq. Hazırlıq prosesindən sonra heyəti quracağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button