Azərbaycanlı boksçular beynəlxalq turnirdə iştirak edəcək
İyunun 16-da Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Boks federasiyasından Komanda.az-a verilən məlumata görə, yığma Qoridəki turnirdə baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında 14 boksçu ilə təmsil olunacaq. Məşqçilər korpusu yarışda Kənan Babayev (48 kq), Amin Məmmədzadə, Tural Sarıyev (hər ikisi 51 kq), Kamil Babayev, Mahir Süleymanov (hər ikisi 54 kq), Bayramov Arif, Mətin Məmmədov (hər ikisi 57 kq), Taci Tağızadə (60 kq), Səid Abdullayev (67 kq), Sənan Hətəmov (71 kq), Rza Rzazadə (75 kq), Aslan Mövsümov (86 kq), Rəşid Məmmədov (92 kq) və Səbuhi Əlizadəyə (+ 92 kq) şans verəcək.
Gürcüstanda görüşləri idarə edəcək referilər arasında həmyerlimiz, beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də yer alacaq.
Qoriyə bu gün yollanacaq azərbaycanlı boksçular iyunun 19-da qayıdacaqlar.
Yarış gənclərdən ibarət dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.
Bizi Facebook-da izləyin