“Qəbələ”nin idmançısı çempion titulunu qorudu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, Abbasov “AMC Fight Night100” çərçivəsində rusiyalı Şamil Amirovla görüşüb. Rusiyanın paytaxtı Moskvada keçirilən döyüşə çempion titulunu qorumaq üçün çıxan Nəriman rəqibini məğlubiyyətə uğradıb.

Bununla da, Abbasov yüngül çəkidə (70,3 kq) çempion kəmərini qoruyub. Bu, onun ardıcıl 11-ci qələbəsi olub. Nəriman ümumilikdə 29-cu sınağında 26-cı dəfə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button