“Qəbələ”nin idmançısı çempion titulunu qorudu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” təşkilatının çempionu titulunu qoruyub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Abbasov buna Rusiyanın paytaxtı Moskvada keçirilən döyüşdə nail olub. “Fight Night Global98” çərçivəsində döyüşə çıxan idmançı rusiyalı rəqibi Mixail Qoqitidze ilə üz-üzə gəlib.

26 yaşlı Abbasov 5 raundluq qarşılaşmanı vaxtından əvvəl bitirib. O, ikinci raundda boğucu fəndlə qalib gələrək yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button