Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə “bürünc” qazanıb

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışda mükafat qazanıb.

Komanda.az xəbər verir ki, o, Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində fərqlənib.

İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb.

1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.

Bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button