Azərbaycanın stolüstü tennisçiləri “Prezident Kuboku”nda iştirak edəcək

Azərbaycanın stolüstü tennisçiləri mayın 21-də Tacikistanın paytaxtı Düşənbədə start götürəcək “Prezident Kuboku”nda mübarizə aparacaqlar.

Bu barədə Komanda.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaqlar.

Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button