Avropa çempionatı: Rafael Ağayev finalda uduzdu, İrina Zaretska çempion oldu

Azərbaycanın karateçisi Rafael Ağayev Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən Ağayev Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan azərbaycanlı idmançı gümüş medal qazanıb.

Azərbaycanı təmsil edən qadın karateçi İrina Zaretska 68 kq çəki dərəcəsində yunan Vasiliki Panetsidunu məğlub edərək, qızıl medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button