
Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib
Azərbaycanın iki qadın güləşçisi – Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, Əliyeva 1/4 finalda Finlandiya təmsilçisi Yenna Hemiaeni məğlub edib.
Soltanova isə eyni mərhələdə Krista İntseni (Rumıniya) üstələyib.
Ruzanna Məmmədova (62 kq) Amina Tandelovaya (UWW) uduzaraq yarımfinaldan kənarda qalıb.
Bu gün digər qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal uğrudna qarşılaşmaya çıxacaq.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.
Bizi Facebook-da izləyin



