Azərbaycanın iki güləşçisi AÇ-nin finalında

Güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın 4-cü günündə qadın güləşi üzrə 53, 57, 62, 65 və 72 kq-da mübarizəyə start verilib.

Elnurə Məmmədova (53 kq) 1/4 finalda belaruslu Viktoriya Volk (6:1), yarımfinalda isə litvalı Laura Stanelite (7:0) üzərində böyükhesablı qələbə qazanıb. Həmyerlimiz finalda ukraynalı Liliya Malançukla güləşəcək.

Jalə Əliyeva (57 kq) 1/4 finalda bolqarıstanlı Nesrin Süleymanovanı “tuş”la xalçadan məyus yola salıb. Əliyeva gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə ukraynalı Solomiya Vinnikdən güclü olub – 3:1. Jalə finalda türkiyəli Elvira Kamaloğluyla qarşılaşacaq.

Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində serbiyalı Maşa Peroviçə uduzub – 1:6.

Mərziyə Sadıqova (72 kq) ilk görüşdə yunanıstanlı Eleni Krisikakiyə 7:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda belaruslu Alina Şaçuka məğlub olub – 0:10. Rəqib finala yüksəldiyi üçün Mərziyə sabah bürünc medal uğrunda türkiyəli Bukrenaz Sərtlə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button