Azərbaycanın güllə atıcıları Avropa çempionatında gümüş medal qazanıblar

Azərbaycanın güllə atıcılığı millisinin üzvləri Ruslan Lunev və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıblar.

Bu barədə Komanda.az-a Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.

Təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında uğurla çıxış edərək, gümüş medalı aktivlərinə yazdırıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button