Azərbaycanın cüdo millisinin “Qran-pri” üçün heyəti açıqlanıb

Azərbaycan cüdo millisinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək “Qran-pri” turnirində iştirak edəcək heyəti açıqlanıb.

Komanda.az Avropa Cüdo Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, yığma yarışa 9 idmançı ilə yollanacaq.

Kişilərdə Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Südabə Ağayeva (70 kq) Azərbaycanı təmsil edəcəklər.

Avqustun 18-20-si aralığında keçiriləcək “Qran-pri”yə 88 ölkənin cüdoçuları qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button