Azərbaycanın bədii gimnastları Portuqaliyaya yollandı

Azərbaycanın bədii gimnastları Portuqaliyada keçiriləcək dünya kuboku üçün yola düşüblər.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, 8 idmançı Portimao şəhərində təşkil olunacaq “Challenge” seriyasına aid Dünya Kubokuna qatılacaq.

Yığma üzvlərindən Zöhrə Ağamirova və Kamilla Seyidzadə fərdi, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina isə qrup hərəkətlərində çıxış edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button