Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Azərbaycanın bədii gimnastları Cənubi Koreyada keçirilən “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyindən Komanda.az-a verilən məlumata görə, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəyli və Leyla Əliyevadan ibarət qrup hərəkətləri komandası 3 lent və 2 top, həmçinin, 5 halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.

Leyli Ağazadə halqa və gürzlərlə hərəkətlərdə qızıl, lentlə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc mükafata sahib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button