Azərbaycanın 6 cüdoçusu Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycanın altı cüdoçusu fevralın 25-də Polşanın paytaxtı Varşavada start götürəcək Açıq Avropa turnirində mübarizə aparacaq.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda yığma komanda beş çəki dərəcəsində təmsil olunacaq.

İdmançılara qadınlardan ibarət millinin məşqçiləri İmamverdi Məmmədov və Vüqar Hüseynov rəhbərlik edəcək.

48 kq çəki dərəcəsində Ramilə Əliyeva, 52 kq-da Zeynəb Məmmədova, 63 kq-da Diana Şoranova ilə Nərgiz Hacıyeva, 70 kq-da Günel Həsənli və 78 kq-da Aytəkin Paşazadə tatamiyə çıxacaq.

Turnirə 44 ölkədən 463 cüdoçu qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button