Azərbaycanın 2 boksçusu Aktauda “bürünc” qazanıb

Azərbaycanın iki boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 3-cü yeri tutub.

Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən, Qədirov bürünc medala layiq görülüb.

Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Rəqibi mərhələ adladığından, Azərbaycan boksçusu fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button