Azərbaycan futbolunda ilk: AFFA rəsmisi UEFA turnirlərində 1/4 finalın oyununa təyinat alıb

Azərbaycandan olan nümayəndə ilk dəfə UEFA turnirlərində 1/4 final mərhələsinin oyununa təyinat alıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiyanın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA Konfrans Liqasında iş başında olacaq.

O, Avstriyada yerli “Rapid” və İsveçin “Yurqorden” komandaları arasında təşkil ediləcək cavab matçına UEFA nümayəndəsi kimi təyinat alıb.

Oyun aprelin 17-də Vyanada, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button