“Karyeramdakı ən az maaşlardan birini “Neftçi”də alıram”- Emin Mahmudov

“Azərbaycanda futbolçuların maaşları Gürcüstandakından yüksəkdir. Hətta “Qarabağ”, “Neftçi” və “Sabah”da böyük maaşlar var. Rusiya Premyer Liqasının ikinci səkkizliyində olduğu kimidir”.

Komanda.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov “sports.ru”-ya müsahibəsində deyib.

Mahmudov Azərbaycandakı kiçik klubların oyunçularının məvaciblərinin Rusiya Milli Futbol Liqasındakı komandaların futbolçuları ilə eyni olduğunu söyləyib:

“Qarabağ”ın liderləri daha çox alırlar, çünki hər il avrokubokların qrup mərhələsində oynayırlar. Mən isə karyeramdakı ən böyük maaşı “Neftçi”də almıram. Bu, ən azlardan biridir. Rusiyada, hətta “Saturn”un birinci komandasında belə, dollarla müqayisədə buradan daha çox maaş alırdım. Əvəzedicidən gələndə 3 min dollar qazanırdım. Amma sonra bunu sürətlə qaldırdılar. Artıq sabit çıxış edirdim və başqa klublar məni almaq istəyirdi”.

Yarımmüdafiəçi “Qarabağ”ın Rusiya Premyer Liqasında 100 faiz çempionluq üçün yarışa biləcəyini də deyib:

“Ağdam klubunun öz oyun üslubu var. Onlar istənilən rəqibi öz tərzlərinə uyğunlaşdıra, öz istədikləri kimi oynamağa məcbur edə bilirlər. Məsələn, “Qarabağ”la qarşılaşan rəqiblər meydanda daha çox topsuz qaçmaqla məşğul olurlar. Hətta “Zenit” də gəlsə, eyni şey olacaq. Rusiya klublarından fərqli olaraq, “Qarabağ” hər il avrokuboklarda qrup mərhələsində çıxış edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button