“Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı” – Syomin

“Azərbaycandakı işimi xatırlayıram: futbolçular hər toqquşmada yerə yıxılırdı”.

Komanda.az xəbər verir ki, bunu “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin Qətərdə keçirilən dünya çempionatında hakimlərin oyunun əsas vaxtına 10 və daha çox dəqiqə əlavə etməsi barədə “Sport-express” nəşrinə müsahibəsində deyib.

75 yaşlı mütəxəssis bu qərarı çox bəyəndiyini bildirib: “Bunu ona görə edirlər ki, futbolçular özlərini tez-tez yerə atmasınlar. Bu, hər yerdə, bir çox liqalarda olur. Azərbaycanda olarkən itirilən vaxtı hesablayırdım. Bəzi oyunlarda əsas vaxta 10 deyil, hətta 15 dəqiqə əlavə etmək lazım idi. Futbolçulara deyirdim ki, niyə hər toqquşmadan sonra yalandan yerə yıxılırsınız? Belədə futbolun dinamikası ölür”.

Xatırladaq ki, Yuri Syomin 2013/14 mövsümündə “Qəbələ”yə başçılıq edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button