Azərbaycan yığmasının heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Komanda.az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq.

Hər iki oyun “Azərsun Arena”da keçiriləcək.

Bu oyunlar üçün U-21 yığmamıza aşağıdakı futoblçular dəvət alıblar:

  1. Amin Ramazanov – Qarabağ
  2. Rüstəm Samiqullin – Sabah
  3. Yusif İmanov – Sabah
  4. Süleyman Damadayev – Şamaxı
  5. İbrahim Ramazanov – Qəbələ
  6. Seymur Məmmədov – Sabah
  7. Cəlal Hüseynov – Arda (Bolqarıstan)
  8. Həzrət İsayev – İmişli
  9. Abdulla Rzayev – Araz-Naxçıvan
  10. Rüfət Əhmədov – Kəpəz
  11. Rüfət Abbasov – Neftçi
  12. Ayxan Süleymanlı – Sumqayıt
  13. Qurban Səfərov – Şamaxı
  14. Nazim Həsənzadə – Zirə
  15. Camal Cəfərov – Kəpəz
  16. Ramin Nəsirli – Araz-Naxçıvan
  17. Xəyal Əliyev – Sabah
  18. Murad Vəliyev – Nomme Yunayted (Estoniya)
  19. Fərid Yusifli – Turan Tovuz
  20. Emil Səfərov – Qəbələ
  21. Zeynəddin Abdurahmanov – Səbail
  22. Samir Abdullayev – Səbail
  23. Mehrac Baxşalı – Qəbələ
  24. Nəriman Axundzadə – Qarabağ
  25. Ağadadaş Salyanski – Neftçi
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button