Azərbaycan yığması “Sofia Cup”da iştirak edəcək

Bədii gimnastika üzrə Azərbaycan millisi “Sofia Cup” beynəlxalq turnirində iştirak edəcək.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, komanda bu məqsədlə yarışın təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yollanıb.

Böyüklər arasında Mədinə Dəmirova və İlona Zeynalova, gənclərin yarışında isə Nuray Əhmədzadə ilə Şəms Ağahüseynova Azərbaycanı təmsil edəcəklər.

Bu gün start götürəcək “Sofia Cup” aprelin 11-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button