Azərbaycan yığması seçmə mərhələdə ikinci məğlubiyyətinə üzüldü

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Komanda.az xəbər verir ki, yığmamız Estoniya kollektivi ilə üz-üzə gəlib.

“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilən qarşılaşma rəqibin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunun digər matçında İtaliya yığması Moldovanı məğlub edib – 3:1.

Xatırladaq ki, Azərbaycan millisi ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button