Azərbaycan yığması Qvatemalaya da uduzdu

Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların dördüncü çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu turnirdə mübarizə aparan Azərbaycan millisin bu gün növbəti matçına çıxıb.

9-12-ci yerlər uğrunda görüşdə rəqib Qvatemala yığması olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyun rəqibin üstünlüyü ilə yekunlaşıb – 28:20.

Xatırladaq ki, Azərbaycan yığması turnirdəki ilk oyununda Bolqarıstana 19:30, Nigeriyaya isə 17:35 hesabıyla məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button