Azərbaycan yığması finalda Niderlanda uduzdu

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

Komanda.az xəbər verir ki, yığmamız finalda Niderland seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibinə 16:21 hesabı ilə məğlub olub.

Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button