Mədət Quliyev milli komandaya yeni baş məşqçi təyin etdi

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti Mədət Quliyevin əmri ilə şose velosipedi üzrə Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin edilib.

Komanda.az xəbər verir ki, bundan sonra milliyə əməkdar məşqçi Asif Həsənov rəhbərlik edəcək. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bunadək “Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan Asif Həsənovu məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button