Azərbaycan tennisçiləri beynəlxalq turnirə yollandılar

Azərbaycan stolüstü tennisçiləri Misirin paytaxtı Qahirədə startı verilən dünya seriyalı “WTT Youth Contender” turnirinə qatılıblar.

Komanda.az xəbər verir ki, nüfuzlu yarışda əvvəlcə oğlanlar mübarizə aparacaqlar.

Milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi altında Adil Əhmədzadə və Onur Quluzadə etimadı doğrulmağa çalışacaqlar. Oktyabrın 26-dan 29-dək isə qızların yarışı keçiriləcək. Məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Mərziyyə Nurmətova və Yağmur Məmmədli bacarığını göstərəcək.

Xatırladaq ki, yığmamız bundan əvvəl Gürcüstanda keçirilən analoji turnirdə 10 medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button