Azərbaycan Super Liqasında növbəti turun proqramı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında birinci dövrənin növbəti oyunlarının yeri və vaxtı dəqiqləşib.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq.

Yanvarın 18-də ilk olaraq 3-cü turun “Azərreyl” və “Murov” komandaları meydana çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.

Yanvarın 21-də isə 1-ci turun “Azərreyl” – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq. Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq. Görüşlər pandemiya səbəbindən azarkeşsiz oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button