“Səbail” “Qarabağ”ı “taxt”ın yeganə sahibi etdi

Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış oyununda “Zirə” “Sumqayıt”ı qəbul edib. Hər iki komanda son sıralardan qurtulmaq üçün qələbə qazanmaq niyyətindəydi. Amma bu, zirəlilərə nəsib olub və inamlı qələbə qazanan meydan sahibləri 6-cı pillədəki mövqelərini möhkəmləndiriblər.

Günün digər qarşılaşmasında “Qarabağ” “Sabah”la qarşılaşıb. Çempionluq iddialarını davam etdirmək istəyən “köhlən atlar” görüşün əsas favoriti idi. Gözlənildiyi kimi, Ağdam klubu bu oyundan qələbə ilə ayrılıb və çempionluq iddiasını sürdürüb.

Tura bu gün keçirilən qarşılaşmalarla yekun vurulub. Günün ilk oyununda “Keşlə” “Qəbələ”ni qəbul edib. Keşlə təmçilçisi son pillədən qurtulmaq üçün bu matçda qalib gəlmək niyyətində idi. Elə “Qəbələ”yə də 3-cü pillədəki “Səbail”lə xal fərqini azaltmaq üçün 3 xal hava-su kimi lazım idi. Üç qolun vurulduğu görüşdə istəyinə çatan Qəbələ təmsilçisi olub.

Turun son oyununda isə “Neftçi” səfərdə “Səbail”in qonağı olub. Hesabı “Neftçi” açıb. Amma matçın sonlarında iki qol vuran “Səbail” qonaq komandaya əsl şok yaşadıb. Düzdü, “Neftçi” son anda məğlubiyyətdən xilas ola bilib, lakin xal itkisindən yaxa qurtara bilməyib. Beləcə, əsas rəqibinin turu məğlubiyyətlə başa vurması “Qarabağ”ın turu vahid lider kimi başa vurmasıyla nəticələnib.

Azərbaycan Premyer Liqası, 24-cü tur

13 aprel

Zirə – Sumqayıt 2:0

Qol: Xulio Sezar Rodrigez, 33. İlkin Qırtımov, 90+1.
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu

Zirə: 62. Abdulla Seyidəhmədov, 2. İlkin Qırtımov, 8. Kamal Mirzəyev, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake (k), 11. Dilan Duventru, 23. Mfo Kqasvane, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriqez, 48. Şafik Tiqrudja
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 6. Vüqar Mustafayev, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 17. Robin Nqalande, 3. Budaq Nəsirov, 16. İbrahim Aslanlı, 99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 10. Aleksey İsayev, 7. Cavid Tağıyev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular:12. Rəşad Əzizli, 4. Şəhriyar Əliyev, 17. Nicat Qurbanov, 34. Elvin Bədəlov, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

Qarabağ – Sabah 3:0

Qol: Riçard Almeyda, 10. Filip Ozobiç, 65. Mahir Mədətov, 77.
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu

Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Gerye, 19. Filip Ozobiç, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev (k), 91. Coşqun Diniyev, 7. Rəşad Eyubov, 19. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 13. Filip İvanoviç, 25. Vanderson Silva, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 77. Şakir Seyidov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 96. Əmirhüseyn Nəcəfi, 21. Novruz Məmmədov, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov, 97. Emil Qasımov.
Baş məşqçi: Elşad Əhmədov.

______________________________________________________________________________

14 aprel

Keşlə – Qəbələ 1:2

Qol: Con Kamara, 76 – Ceyms Adeniyi, 46. Davit Volkov, 65.
Hakimlər:
Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASK Arena”

Keşlə: 30. Davud Kərimi, 4. Slavik Alxasov (k), 8. Seymur Əsədov, 9. Amil Yunanov, 93. Edvinas Girdvainis, 3. Denis Silva, 22. Nikola Mitroviç, 25. Con Kamara, 21. Angelo Pena, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 10. Ruslan Nəsirli, 17. Samir Məsimov, 23. Conatan Ayite, 14. Andre Klennon, 32. Valeri Kutsenko, 2. Sərtan Taşqın
Baş məşqçi: Tərlan Əhmədov

Qəbələ: 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov

______________________________________________________________________________

Səbail – Neftçi 2:2

Qol: Ədilxan Qarəhmədov, 81. Ağabala Ramazanov, 8 – Mirabdulla Abbasov, 50. Mamadu Mbodj, 90+6.
Hakimlər:
Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nihad Məmmədov
“Bayıl Arena”

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 99. Jarjue Maudo, 27. Emil Martinov, 28. Kevin Kubemba, 21. Oke Akpoveta, 7. Fəhmin Muradbəyli
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 11. Ruslan Qurbanov, 33. Tome Kitanovski, 4. Enrike Perilyo, 9. İmanol İriberri, 6. Maykl Essyen, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

Neftçi: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov (k), 6. Qoran Paratski, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 11. Vangelis Platellas, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 18. Tural Axundov, 17. Rəhman Hacıyev, 93. Soni Mustivar, 16. Canluka Sansone, 4. Petru Raku, 33. Turan Vəlizadə, 70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button