Azərbaycan Premyer Liqası: Ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümü ölkə çempionatları tarixində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu göstəricidə rekordçu olan Rahid Əmirquliyev üstünlüyünü daha da artırıb.

İlk 6 yerin sahibi dəyişməyib. Elvin Məmmədov “Top-10”dakı mövqeyini yaxşılaşdırıb. O, 7-ci sıraya yüksəlib.

İki futbolçu isə “onluğ”a daxil olub. Asif Məmmədovla Vurğun Hüseynov “Top-10”a qoşulub.

1Rahid Əmirquliyev451
2Mahmud Qurbanov421
3Rəşad Sadiqov392
4Azər Məmmədov388
5Aslan Kərimov382
6Rəşad Abdullayev378
7Elvin Məmmədov376
8Asif Məmmədov373
9Aqil Məmmədov363
10Vurğun Hüseynov362
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button